Elxan Elatlının kitablarından mənalı sitatlar | Kitab sözləri

 

Tanrı bizi hər an qarşımıza çıxan və geriyə dönüşü olmayan yeni həyat cığırlarının ən doğru olanına yönəltməya çalışır. Biz isə bunu bəzən anlamır, bizi fəlakətə aparan yanlış cığıra düşürük…

Elxan Elatlı, On Dördüncü Adam

 

 

Makiyajla-filanla arası yox idi. Sadəliyi və təbiliyi hər şeydən üstün tuturdu.
Alternativ Əməliyyat

 

Deyirdilər ki, atasına bənzəyən qız xoşbəxt olur…
Niyə Susursan, Polkovnik?

 

Qadının ağlamasına birthərə dözmək olur., kişinin ağlamasına isə dözmək çətindir.
Uğursuz Gecə

Elxan Elatlının kitablarından mənalı sitatlar | Kitab sözləri elxan elatli

Sevdiyi bu adam bir sözü ilə onun qəlbini yaralasa da, yenə onu düşünür, salamat olmağını arzulayırdı.
Alternativ Əməliyyat

 

Anlamıram, baş aça bilmirəm ki, mənə nə olub… Mən nə üçün başqaları kimi ola bilmirəm? ..Elə bil yadam bu dünyada hamı üçün! Heç kəs başa düşmək istəmir məni.
Pəncərədə Görünən Kölgə

 

Hər kəs dünyanı öz gördüyü kimi qəbul edir..Əsl həqiqət hər kəsin özünün qəbul etdiyi həqiqətdir.
Dilənçi Qadının Sirri

 

Bəzən ağızdan çıxan bircə kəlmə söz, elə həmin andan başlayaraq, insanın qarşıdakı həyatını kökündən dəyişə bilir.
Məhəbbətin Gizli Kodu

 

-«Bəli, valideyn öz övladına verdiyi qədər ondan alır. Həm də məhz verdiyi qədər, artıq ya əksik mümkün deyil…»
On Dördüncü Adam

 

Deməli, sərbəstlik, özünəgüvən hissi insanın daxilində olmalıdır. Özünü yalandan hər şeydən xəbərdar kimi göstərmək lazım deyilmiş.
Mərtəbələr

 

Bilirsən də, bir sadiq adamlar sirr saxlayırlar, bir də ölülər…
Xəyanət

 

Bizdə, Azərbaycanda yaxşılığa yaxşılıqla cavab vermək adi hal, yamanlığa yaxşılıqla cavab vermək isə ərlik, kişilik sayılır.

Elxan Elatlı, Armed Mişel

 

Peyğəmbər də demişdi ki,qəzəbini udan şəxs qəzəbilə başqasına üstün gələn adamdan güclüdür.
Adsız Tablo

 

Nadana nəyisə izah etməyə çalışmaqla aşsüzənə su doldurmağa çalışmaq arasında heç bir fərq yoxdur.
Alternativ Əməliyyat

 

– Hardan zəng vurursunuz?
– Cəhənnəmdən..
– Məni ələ salırsız?
– Yox! — yad qadın hökmlə dilləndi.
— Mən Ermənistandan zəng vururam…
Cəhənnəmdən Gələn Səs

 

İçində iblis xisləti gəzdirə gəzdirə səni sevən qadina özünü mələk kimi tanitmaq, onu aldatmaq xəyanət deyilmi?
Bakıdan Gələn Xəfiyyə

 

Əgər onun yerində cəsarətli, qürurlu biri olsaydı, Qaraxan ağaya deyərdi ki, sənin süfrən başına dəysin və filan-filan…. Qorxaq, müti biri olsaydı, qorxusundan susar, özlüyündə deyərdi ki, ağadır, deyir, qoy desin və bunu unudardı. Amma, Karapet erməni idi…
Xəstə ruhlar

 

Vicdan əzabı həyatın bütün əzablarından ən ağırı,ən dözülməzidir.
Görünməyən İzlər

 

Axı insan şəxsən öz başına gəlməyincə heç bir kəsin faciəsini dərindən anlaya bilmir.
Qanunsuz Əməliyyat

 

Nə edək ki, ətrafımızda yaltaqlıq adi bir həyat normasına çevrilmişdi. Bir çoxları nəsə qazanmaq üçün məhz bu yoldan istifadə edir və çox təəssüf ki, istədiyinə də çox vaxt nail olurdu. Mənim fikrimcə, yaltaqlığın baş alıb getməsinin birinci səbəbi də bu idi.
Uğursuz Gecə

 

Düşdüm arxasınca qarabaqara,
İstədim zamanı dayandırım mən,
Taleyin payından qalan ömrümə,
Bəlkə sirkələyib, oyandırım mən.
Axtar Məni

 

İnsanların cinayətkara necə çevrilmələrini düşünüb tapa bilirəm. Tapıram və ürəyimin dərinliyində anlayıram onları. Əlbəttə, həmişə də cəzalarına çatırlar onlar! Ancaq insanların bir-birinə xəyanət etməsini indiyədək anlaya bilmirəm. Sən necə düşünürsən, Nuranə? İnsanlar niyə xəyanət edirlər?
Xəyanət

İnsanın qəribə bir xüsusiyyəti var. Bu, əslində təkcə insanlara yox, bütün canlılara aiddir. Əgər bir mühit bir canlını dərhal öldürmürsə, onda canlı o mühitə alışır. Gec ya tez…

Elxan Elatlı, On Dördüncü Adam

 

 

0 şərh